Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Orxan Lökbatanlı ağır əməliyyat olundu, səsi bata bilər - VİDEO

Orxan Lökbatanlı ağır əməliyyat olundu, səsi bata bilər - VİDEO

Orxan Lökbatanlı ağır əməliyyat olundu, səsi bata bilər - VİDEO
2026-02-16 , 15:16

Tanınmış meyxanaçı Orxan Lökbatanlıdan üzücü xəbər var.

Söz ustasının ağır əməliyyat keçirdiyi bildirilib. Məlumatı "Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğlu açıqlayıb.
Veriliş zamanı meyxanaçının əməliyyatdan sonrakı ilk görüntüləri də nümayiş etdirilib. Bildirilib ki, Orxan Lökbatanlı ciddi cərrahi müdaxilə keçirib və hazırda həkim nəzarətindədir.
Aparıcının sözlərinə görə, həkimlər sənətçiyə əməliyyatdan sonra uzun müddət danışmağı qadağan ediblər. Qeyd olunub ki, bu vəziyyət onun səsinə təsir göstərə və hətta səsin batması riski yarada bilər.
Məlumata əsasən, meyxanaçıdan götürülən şiş laborator müayinəyə göndərilib. Nümunənin xərçəng olub-olmaması aparılacaq analizlərdən sonra dəqiqləşəcək.
Sənətçinin vəziyyəti ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı bildirilir./Milli.az/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.