Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Səidə Sultan bu dəfə Zaurla Davada: “Yalan danışma, səndə o ürək yoxdur!” - VİDEO

Səidə Sultan bu dəfə Zaurla Davada: “Yalan danışma, səndə o ürək yoxdur!” - VİDEO

Səidə Sultan bu dəfə Zaurla Davada: “Yalan danışma, səndə o ürək yoxdur!” - VİDEO
2026-03-25 , 14:45

Müğənni Səidə Sultan bu dəfə həmkarı, Əməkdar artist Zaur Əmiraslanovla yaşadığı söz mübahisəsi ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Səidə Sultan Zaur Əmiraslanovun “Bakı Payızı 2001” müsabiqəsi ilə bağlı açıqlamalarına sərt reaksiya göstərib.
Səidə Sultan bildirib:
"Zaur Əmiraslanov demisən ki, "Bakı Payızı" müsabiqəsində birinci yeri sən qazanmısan və Tünzalə Ağayeva ilə paylaşmısan. Yalan danışma! Səndə o ürək varmı ki, nəyisə bölüşəsən?! Səni mən tanımıram, sən kimsən? Demisən ki, Səidə üçüncü yeri qazanıb. Sən qocalmısan?! Biz köhnə tarixdə yaşamırıq, yaxın keçmişi yaşayırıq. Həmin vaxt birinci yer Tünzalə Ağayeva və sənə verildi. İkinci yerin sahibi isə mənlə Diana Əliyeva oldu. Özünü qocalığa qoyma. Hər şey yaxşı yadındadır!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.