Fatma Mahmudova: “Xoşbəxtəm ki Rasim Balayevin əlinə əlim dəyib, ona salam vermişəm, qadınların ondan ötrü ürəyi gedirdi”
“Yeriyə bilmirdim, amma çətinliklə də olsa, Rasim Balayevin vida mərasiminə getdim. Çünki ora getməsəm, özümü bağışlaya bilməzdim. Çünki sənətkara səhnə verilmişdi. Sənətkar axırıncı rolunu oynamalı idi. Rasim Balayev axırıncı rolunu oynadı, ancaq heç kimin səsinə hay vermədi. Az qaldı, çıxam orada monoloq deyəm... Kaş mən xəstə olmazdım. Bu səhnə Rasim Balayevə verilib. İstədim deyəm ki, dur, sonuncu monoloqunu de, xalq səni gözləyir, niyə yatmısan? Dur, axırıncı dəfə Nəsimidən bir söz de, ey söz, sənət sahibi. Tamaşaçı nə qədər gözlədi Rasim Balayev ayağa qalxmadı...İstədim deyəm, qalx mənim qardaşım, böyük sənətkarım, dur tamaşaçılar səni gözləyir, bir söz de...Azərbaycanın mədəniyyət, incəsənət, kino sənətinə çox ağır itki üz verdi. Rasim Balayev kimi dahi sənətkarı itirmişik”.
Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova bildirib.
Onun sözlərinə görə, çoxlarının özlərinə “sənətkar” deməyə ixtiyarları yoxdur, bundan sonra getsinlər özlərinə iş, peşə tapsınlar: “Sənət budur, sənətkar budur. Küçələr də insanlarla dolu idi. Camaat özləri gəlmişdi. Tənqidi fikirlə yanaşanlar qələt edirlər. O “İstiqlal” ordeni almışdı. Allah cənab Prezidentimiz İlham Əliyevin canını sağ eləsin, rəhmətlik ulu öndərimiz Heydər Əliyev də sənətə, sənətkara qiymət vermişdi, onun davamçısı cənab İlham Əliyev də dəyər verir. Ona verilən orden sənət və sənətkara verilən böyük qiymət idi. Rasim Balayev bəlkə ondan da yüksəklərə layiq idi. Onun kimi gözəl, şəxsiyyətli, yaraşıqlı harada idi? Mən onun gözəlliyini görmüşəm, qadınların ondan ötrü ürəyi gedirdi. Görün aktyor öz oyunu, ifası ilə tamaşaçını necə valeh etmişdi. Nəsimi deyəndə kimsə Nəsimini deyil, Rasim Balayevi fikirləşir. Nəsimi o zaman ölməyib, indi öldü. Vida mərasimində istədim deyəm ki, dur ayağa bundan belə səni nə kinoya çəkəcəklər, nə efirlərə dəvət edəcəklər, bundan sonra sənin gücün, qüvvətin, yaradıcılığın heç kimə lazım deyil. Yatırsan... Kimsə səni heç nəyə məcbur etməyəcək. Kimsə səni məcbur etməyəcək ki, Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində çalış. Əbədiyyətə qovuşmusan... Orada monoloqu söyləməyə sağlamlığım imkan vermədi. Adamın “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordeni də olar, ancaq sadəliyin, səmimiliyin özü bir gözəllikdir. O insan o qədər səmimi idi. Mən xoşbəxt aktrisayam ki, Rasim Balayevin əlinə əlim dəyib, ona salam vermişəm, salamını almışam. Baxmayaraq ki, mən özüm də Xalq artistiyəm, Rasim sənətin zirvəsində idi. Həmin zirvəyə çatmaq çətindir, amma o çatmışdı”.
F.Mahmudova vurğulayıb ki, Rasim Balayev dünya miqyaslı aktyor, böyük sənətkar olub: “Ölkələrin aktyorlarını gözünüzün qarşısına gətirin. Görün o yaraşıqda, əzəmətdə, gözəllikdə, baxışda bir aktyor var? Həm oyunu, həm ifası, təbiiliyi ilə sənətin zirvəsinə çatdı. İndi yerindən durana böyük sənətkar deyirlər. Elə deyil! Böyük sənətkar elə Rasim Balayev idi, aramızdan getdi. Mən onun ruhu qarşısında baş əyirəm. Heyf və təəssüf... Əsərlərimizin qəhrəmanı idi. Elə ölənlər var ki, ölüsünün də paxıllığını çəkirlər. İnana bilmirdim ki, o dahi sənətkar rəhmətə gedib. Hələ onun yaşamağa haqqı var idi. Allah bilən məsləhətdir, nə yazıbsa, odur. Kim oynaya bilərdi onun canlandırdığı obrazları? Səsindəki əzəmət... Onun əruz vəznində dediyi şeirləri çıxıb kimsə deyə bilməz. Çoxu deyir mən də sənətkaram. Vallah, siz sənətkar deyilsiniz. Sənətkar o idi. Ölüm haqdır, ancaq öləndə də gərək mərifətli öləsən. Xalq səni sevə, evindən durub özünə borc bilə ki gedim sənətkarı yola salım. Allah cənab Prezidentimizin canını sağ etsin. Prezidentimizə, Mehriban xanıma, Mədəniyyət nazirimizə, sənət və sənətkara qiymət verib onu Birinci Fəxri Xiyabanda dəfn etdiyi, dahilərin yanında ona yer verdiyi üçün dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah Prezidentimizi bizə çox görməsin. Qurban olaram onlara. Ulu Öndər orada yatırsa, o torpaqda yatmaq da özü bir xoşbəxtlikdir. Həqiqi xoşbəxt sənətkardır ki, Ulu Öndərin yatdığı yerdə dəfn olundu. Gənc nəsillər də onu tanıyacaq ki, Azərbaycanda Rasim Balayev adlı belə sənətkar olub. Türkiyənin guya nə böyük aktyorları var? Ən gözəli Rasim Balayev idi. Mən ağır xəstəyəm. Orada hər şey ola bilərdi. Başıma hər şey gələ bilərdi. Çünki yaxşı vəziyyətdə deyiləm. Amma buna baxmayaraq ölümümü də fikirləşmədim, dedim mən getməliyəm, bu, mənim borcumdur. Onunla dəfələrlə telefon danışığım olub, xoşbəxtəm ki, onun səsi qulağıma gəlib. Amma peşmanam ki, gərək onun səsini yazardım. Adamla necə mehriban, izzətlə, hörmətlə danışırdı. Adamlar var ki, elə-belə danışır. Görmüşəm də... Özünüzü nə üçün yuxarıdan aparırsınız? İnsanlığınız harada qaldı? Lovğlanmayın! Mən Xalq artistiyəm heç zaman lovğalanmamışam. Özümə görə sənətim, rollarım da var. 57 ildir sənətdəyəm heç zaman yuxarıdan getməmişəm. Ağac nə qədər bar verərsə başını aşağı salar...”

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Əmisi qızı ilə evlənmişdi, 100 gün həbsdə yatmışdı — Rasim Balayev haqqında bilinməyənlər
Nəzakət Teymurova: Leylidən danışmadılar, mənim botoksumu, saçımı müzakirə etdilər... - MÜSAHİBƏ
20 Yanvarda Moskvaya qaçan nazir öz müavininə zəng edib deyir ki...
Laçında bayram ab-havası... - Video + Fotolar
İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
Şeyx Əbdül: “Kaş ki, axirətlə bağlı deyilənlər doğru olardı…Rasim Balayevlə görüşüb deyərdim ki…”
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
“Prodakşnlar min hoqqadan çıxır” – Xalq artisti üsyan etdi
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55