Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Başı gicəllənib yıxıldı - Flora Kərimova necədir?

Başı gicəllənib yıxıldı - Flora Kərimova necədir?

Başı gicəllənib yıxıldı - Flora Kərimova necədir?
2026-04-30 , 07:59

"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".

Yenilik.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.
"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.
Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.