Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
2026-02-08 , 13:56

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.

Yenilik.az xəbər verir ki, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.












Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.