Yenilik.Az
www.Yenilik.Az » Maqazin »  Naibə Allahverdiyeva:  "Mən yaşamıram, zülm çəkirəm"

 Naibə Allahverdiyeva:  "Mən yaşamıram, zülm çəkirəm"

 Naibə Allahverdiyeva:  
2026-05-23 , 15:28

"Mən yaşamıram ki, zülm çəkirəm".

Yenilik.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. Aktirsa ayaqlarındakı ağrılardan əziyyət çəkdiyini bildirib:
"Qızımın toyundan sonra ayaqlarım şişib. 2-3 fərqli həkimə müraciət etmişəm, amma hərəsi bir söz deyir. Müalicə olunuram, lakin problem hələ də qalır. Artıq bezmişəm. Nə vaxta qədər həkim-həkim, müayinə-müayinə gəzmək olar? Bütün qazancım dərmanlara və həkimlərə gedir. Belə həyat  olar?"
Naibə Allahverdiyeva 25 ildir eyni problemdən əziyyət çəkdiyini də vurğulayıb:
"25 il əvvəl ayağım sınmışdı. Bu, mənim bütün həyatımı dəyişdi. Həmin vaxt həkim ayağımı düzgün müalicə etmədi. İki gün ayağım o vəziyyətdə qaldı. Həmin gündən zülm çəkirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.