Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » İşdən çıxarılan xanəndə: "Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi"

İşdən çıxarılan xanəndə: "Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi"

İşdən çıxarılan xanəndə:
2023-07-01 , 18:34

"Mən neyniyə bilərəm ki? Arxam yox, dayağım yox. Söz verdilər, amma heç biri sözünə əməl etmədi. Gedib bu yaşımda onlarla dalaşası deyiləm ki. Nə edim? Bezdim, yoruldum”.


Bunu Qaynarinfo-ya açıqlamasında xanəndə Sabir Abdullayev müəllimlik fəaliyyətinə son verilməsi ilə bağlı qərara aydınlıq gətirərkən deyib. Xanəndə ona qarşı haqsızlıqlar oldunduğunu bildirib:

"Böyük bir "ordu" yetişdirmişəm. Hara getsəm də, həmin "ordu" arxamdadır. Əsas odur ki, mən öz məktəbimi yaratdım. Tələbələrim arasında Xalq artisti, Prezident təqaüdçüsü olanlar çoxdur. Dərs dediyim ifaçıların yaradıcılığında bütün dünyasını dəyişən xanəndələrin sənəti, nəfəsi var, onlar nəsildən-nəsilə yaşayacaq. Əslində mən öz işimi gördüm. Mənə qarşı münasibət yaxşı olmadı, Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi. Niyə? Bax bunun səbəbini bilmirəm".

Sabir Abdullayev bundan sonra yaradıcılıqla məşğul olacağını qeyd edib:


"Nə bacarsam, onu da edəcəm. Oxuyacam, muğamlar yazdıracam ki, məndən sonra qalsın. Bütün illərimi tələbələrə həsr etdim, ömrüm keçdi, özüm üçün heç nə edə bilmədim. Bu da sonu... Qədrimi bilmədilər. Qərar verilib, bunu kim qəbul edib, bilmirəm, amma bu qərarın yaradıcı insanlara şamil olunmaması lazımdır". 

Sabir Abdullayev özünü Azərbaycanda iki ən yaxşı müəllimdən birincisi hesab etdiyini vurğulayıb:

"İstəsəydilər, məni işdən çıxartmazdılar. Qanundankənar nə etmişəm? Əsəbləşirəm, bilmirəm dərdimi kimə deyim”.

Qeyd edək ki, Sabir Abdullayev Bakı 11 saylı musiqi məktəbində muəllim işləyirdi. Onun müəllimlik fəaliyyətinə xitam verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.