Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » Zamiq Hüseynov şəhid övladları üçün oxudu - FOTO/VİDEO

Zamiq Hüseynov şəhid övladları üçün oxudu - FOTO/VİDEO

Zamiq Hüseynov şəhid övladları üçün oxudu - FOTO/VİDEO
2023-08-30 , 19:58

Müğənni Zamiq Hüseynovun şəhid övladları ilə birgə oxuduğu "Mənim atam qəhrəmandır" nəğməsinə çəkilən klipin təqdimat mərasimi keçirilib.
Şəhid ailələri və rəsmi qonaqlar üçün təşkil olunmuş ziyafətdə musiqisi Cəlal Qurbanov, sözləri Xanım İsmayılqızına aid, rejissorluğunu Vüsal Hacı Qadirin etdiyi "Mənim atam qəhrəmandır" klipi nümayiş olunub. 1 ay ərzində ərsəyə gələn ekran işinin iştirakçıları və mahnının ifaçıları əslində həm də həyatlarının baş rolunu oynayan, Azərbaycanın müxtəlif bölgələrindən olan şəhid övladlarıdır. Bəstə müğənni Zamiq Hüseynovla şəhid övladları ilə birgə oxunaraq lentə alınıb.
Tədbirə şəhid əmanətləri ilə yanaşı, ictimai şəxslər, millət vəkilləri, müxtəlif nazirliklərin məsul şəxsləri karifey sənətçilər, media nümayəndələri də qatılıb. Qonaqlar arasında şərəf ordenli Akif  İslamzadə, yazıçı Anar, Ramiz Rövşən, xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, əməkdar artist Gülüstan Əliyeva, sənətçilər Elnur Hüseynov, Mirələm Mirələmov, Çinarə Məlikzadə, gecənin əsas səbəbkarlarından olan Zamiq Hüseynov və başqaları yer alıb. 
Milli.Az

Məqaləyə dair fotomateriallar:












Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.