Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » “Bu qədər gözləyiblər, üç il də gözləsinlər...” - Anar

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər...” - Anar

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər...” - Anar
2023-11-27 , 15:13

Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Yenilik.az xəbər verir ki, o bu barədə Manset.az-a müsahibəsində deyib.
"Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam", - Anar qeyd edib.
Hazırkı sədr addımını belə izah edib: "Başladığım bəzi məsələr var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm".
Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.