Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Baş nazirin müavini Tanzaniyanın vitse-prezidenti ilə görüşüb

Baş nazirin müavini Tanzaniyanın vitse-prezidenti ilə görüşüb

Baş nazirin müavini Tanzaniyanın vitse-prezidenti ilə görüşüb
2023-03-01 , 17:42

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev martın 1-də Tanzaniya Birləşmiş Respublikasının vitse-prezidenti Filip İsdor Mpanqo ilə görüşüb.

Yenilik.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Tanzaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.