Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə nə qədər vəsait xərcləyib?

Azərbaycan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə nə qədər vəsait xərcləyib?

Azərbaycan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə nə qədər vəsait xərcləyib?
2023-03-02 , 11:19

“Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib”.

Yenilik.az xəbər verir ki, bunu martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.
Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılmasının planlaşdırıldığını vurğulayan dövlət başçısı deyib: 
“Biz müasir şəhərsalma - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf, yenidənqurma modelidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.