Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycana yaz fəsli nə vaxt gəlir?

Azərbaycana yaz fəsli nə vaxt gəlir?

Azərbaycana yaz fəsli nə vaxt gəlir?
2023-03-06 , 11:31

2023-cü ildə yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olacaq.

Yenilik.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd edilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində yaz fəsli başlayacaq.
Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 18:57-də yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san. olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.