Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Naxçıvanda Vəkillər Kollegiyasının elmi-praktik konfransı keçirilir

Naxçıvanda Vəkillər Kollegiyasının elmi-praktik konfransı keçirilir

Naxçıvanda Vəkillər Kollegiyasının elmi-praktik konfransı keçirilir
2023-03-10 , 10:21

Azərbaycan Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

Yenilik.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni və vəkil marşı səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Konfransda Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvanın Ombudsmanı Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası prokurorurun müavini Sənan Paşayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan vəkilləri və digər şəxslər iştirak edirlər.
Geniş tərkibdə keçirilən konfransda Naxçıvanda vəkillik fəaliyyəti və bu sahənin daha da inkişafı istiqamətində ətraflı müzakirələr aparılır.
Sonra konfrans sual-cavab formatında öz işini davam etdirəcək.
Qeyd edək ki, bu gün Naxçıvan Vəkillər Kollegiyasında vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası keçiriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.