Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat
2023-03-14 , 11:41

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müdir təyin olunub.

Yenilik.az xəbər verir ki, Aynur Nurəddin qızı Kərimova sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, A.Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.
2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci ildən  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının  yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.