Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
2023-03-14 , 16:48

Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Yenilik.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunur ki, tərəflər Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə Bakıda keçiriləcək çoxtərəfli görüşün əhəmiyyətini vurğulayıblar.
Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatların idarəetmənin təkmilləşdirilməsinə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaratdığı bildirilib.
Görüş zamanı Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.