Yenilik.Az
www.Yenilik.Az » Ölkə » DİM jurnalistlər üçün müsabiqə elan edib

DİM jurnalistlər üçün müsabiqə elan edib

DİM jurnalistlər üçün müsabiqə elan edib
2023-03-17 , 12:36

Dövlət İmtahan Mərkəzi jurnalistlər üçün müsabiqə elan edib.

Yenilik.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında elan edib.
O qeyd edib ki, müsabiqə 22 iyul Milli Mətbuat Gününə həsr olunacaq və həmin gün nəticələr elan ediləcək.
Məleykə Abbaszadə söyləyib ki, müsabiqəyə təqdim ediləcək yazıların mövzusu “Bunker müəllimi İllüziya və reallıq” olacaq. Müsabiqənin nəticələrinə əsasən, birinci yeri tutan yazı 1000, ikinci yer 800, üçüncü yer 500 manat məbləğində pul mükafatı qazanacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.