Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub
2023-03-29 , 12:00

Martın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Yenilik.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Dövlət başçılarının tapşırıqlarının icrası məqsədilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində həyata keçirilən işlərin gedişi barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri müzakirə edilib.
F.Oktay Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və bərpa-quruculuq tədbirləri barədə məlumat verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.