Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Baş həkim işdən çıxarıldı

Baş həkim işdən çıxarıldı

Baş həkim işdən çıxarıldı
2023-04-05 , 10:18

1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.

Yenilik.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, yaş həddi ilə əlaqədar Ağahəsən Rəsulovun əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. A.Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.