Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasından buraxıldı

Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasından buraxıldı

Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasından buraxıldı
2023-04-05 , 17:02

Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə oradan çıxıb. 

Yenilik.az xəbər verir ki, onu qardaşı Əli Hacıyev xəstəxanadan çıxarıb. 
Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə qardaşının ərizəsi əsasında onun himayəsində evə ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. Qeyd edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:
“Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.
Daha sonra şikayətini bildirən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb. Daha sonra həkim də işdən çıxarılıb
Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdan biridir və onlar uşaq evində böyüyüblər. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.