Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Gömrük komitəsi vətəndaşlara çağrış etdi

Gömrük komitəsi vətəndaşlara çağrış etdi

Gömrük komitəsi vətəndaşlara çağrış etdi
2023-04-07 , 18:06

Gömrük keçid məntəqələrində kənar şəxslərdən götürülən əşyalara bağlı  vətəndaşlara çağırış edilib.

Yenilik.az xəbər verir ki, bu barədə Gömrük Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir:
“Xarici ölkələrə səyahət zamanı hava limanlarında və ya digər yerlərdə Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə kənar şəxslərdən götürülən əşyalar onları ölkənin gömrük sərhədindən keçirənlər tərəfindən qanunvericiliklə müəyyənləşdirilən qaydada bəyan olunmalı və müvafiq gömrük ödənişləri ödənilməlidir.
Göstərilən tələblərin kənar şəxslərdən əşyaların qəbul edilməsi zamanı nəzərə alınması tövsiyə olunur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.