Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Daha bir avtobusda ödənişlər “BakıKart”a keçir

Daha bir avtobusda ödənişlər “BakıKart”a keçir

Daha bir avtobusda ödənişlər “BakıKart”a keçir
2023-04-08 , 10:07

Aprelin 10-dan “Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Yenilik.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
“İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”, - deyə agentlik bəyan edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.