Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakının bir sıra yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac var - SİYAHI
2023-04-18 , 08:26

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Yenilik.az xəbər verir ki, hazırda paytaxtın aşağıdakı yollarında:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. “20 Yanvar” dairəsində;
4. Həsən bəy Zərdabi küçəsi, “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
7. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
12. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
14. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.