Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik ediləcəyi halların sayı artıb

Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik ediləcəyi halların sayı artıb

Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik ediləcəyi halların sayı artıb
2023-04-19 , 18:52

Nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik ediləcək.

Yenilik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik ediləcək:
- daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir);
- texniki səhvlər aradan qaldırıldıqda;
- ünvanın statusu dəyişdikdə;
- məhkəmənin qərarı olduqda;
- nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda;
- daşınmaz əmlak obyekti məhv olduqda.
Qeyd edək ki, indiyə qədər 3 gün müddəti nəzərdə tutulmamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.