Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mediasiya ödənişləri sahəsində YENİLİK

Mediasiya ödənişləri sahəsində YENİLİK

Mediasiya ödənişləri sahəsində YENİLİK
2023-05-05 , 19:00

Mediasiya Şurası ilə Paşa Pay arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində mediatorlar və mediasiya təşkilatları ödənişlər ilə bağlı “MilliÖn” terminallarında fiziki formada və  “MilliÖn.az” elektron portaldan istifadə edə biləcəklər.


Mediatorlar üzvlük haqqı ödənişlərini, vətəndaşlar isə ilkin və tam mediasiya sessiyası ilə bağlı mediasiya xərclərini  “MilliÖn” terminalları, elektron formada isə “MilliÖn.az” elektportal üzərindən həyata keçirə biləcəklər.

Mediator və mediasiya təşkilatlarının fəaliyyətini daha operativ etmək və eynilə də vətəndaşlar məmnunluğunun artırılması məqsədilə atılan bu addımda istər mediator və mediasiya təşkilatları, istərsə də vətəndaşların ödəniş vasitələrinə əlçatımlılığı təmin edəcəkdir.
Qeyd edək, Mediasiya Şurası üzvlük haqları və  Bakı şəhəri üzrə fəaliyyət göstərən - Bakı 2 saylı  mediasiya təşkilatı,  Bakı 9 Saylı Mediasiya Təşkilatı, Bakı 10 saylı Mediasiya Təşkilatı , Regionlar üzrə hələki  Gəncə 2 saylı Mediasiya Təşkilatı Milli Ön terminalı və elektron portal vasitəsi ilə ödənişləri qəbul edəcək.
Yaxın zamanda digər mediasiya təşkilatlarıda  inteqrasiya ediləcək.

MilliÖn vasitəsilə Mediasiya Şurasına üzvlük haqqı ödənişi etmək üçün:
1. million.az saytına daxil olun;
2. → “Bütün xidmətlər”
3. → “Mediasiya xidməti”
4. → “Mediasiya Şurasına üzvlük haqqı”
5. Ad, soyad, ata adı və FİN/mediator VÖEN qeyd edin;
6. → İrəli
7. Plastik kartın növü və məbləği daxil edin;
8. → İrəli
9. Kart məlumatlarını daxil edin;
10. → Ödə

MilliÖn vasitəsilə hər hansı mediasiya təşkilatına mediasiya xərci ödənişi etmək üçün:

1. million.az saytına daxil olun;
2. → “Bütün xidmətlər”
3. → “Mediasiya xidməti”
4. Müraciət edilən təşkilatı seçin;
5. Ad, soyad, ata adı;  FİN və iş nömrəsini qeyd edin;
6. → İrəli
7. Plastik kartın növü və məbləği daxil edin;
8. → İrəli
9. Kart məlumatlarını daxil edin;
10. → Ödə

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.