Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Hərbçimiz şəhid oldu

Hərbçimiz şəhid oldu

Hərbçimiz şəhid oldu
2023-05-11 , 13:18

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. 

Bu barədə Yenilik.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür:
"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.