Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə biləcəklər

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə biləcəklər

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə biləcəklər
2023-05-12 , 14:54

Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər.


Yenilik.az
trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, Memorandumda "diplomatik” sözü "ümumvətəndaş, diplomatik və xüsusi/xidməti” sözləri ilə əvəz edilir.

Yəni vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, ölkə vətəndaşları viza olmadan 60-dan çox ölkəyə gedərək orada müəyyən müddət qala bilərlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.