Yenilik.Az
www.Yenilik.Az » Ölkə » BMT TŞ iclası: Bayramov çıxış edəndə Mirzoyan getdi - Video

BMT TŞ iclası: Bayramov çıxış edəndə Mirzoyan getdi - Video

BMT TŞ iclası: Bayramov çıxış edəndə Mirzoyan getdi - Video
2023-09-22 , 15:54

Xəbər verdiyimiz kimi, ötən gün 23:00-da BMT TŞ-nin Qarabağla bağlı iclası baş tutub və bir neçə saat davam edib.

Axar.az xəbər verir ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov çıxış edərkən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın zalı tərk etdiyini əks etdirən görüntülər yayılıb.
Erməni Teleqram kanalları isə Mirzoyanın Qarabağda dinc insanların öldürülməsi və antiterror tədbirləri zamanı şəhərlərə ordunun girməsi iddialarına Ceyhun Bayramovun məhz Ermənistan Baş naziri Nikol Paşinyanın bu məlumatları yalan adlandırması, Qarabağda ermənilərə heç bir təhlükə olmadığı barədə sözlərini sitat gətirməklə cavab verməsinə dözmədən, zaldan çıxdığını iddia edirlər. A.Mirzoyan C.Bayramovun çıxışından sonra zala qayıtmışdı.
Qeyd edək ki, Ceyhun Bayramov ötən gün öz parlaq çıxışı, peşəkar davranması və təqdim etdiyi real faktlarla dinləmələrə öz möhürünü vurdu. BMT TŞ-nin iclası yenə də ölkəmiz əleyhinə heç bir qərar və ya qətnamə olmadan başa çatdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.