Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mediasiya Şurasının 2023-cü il fəaliyyəti də audit edilir - Nadir Adilov

Mediasiya Şurasının 2023-cü il fəaliyyəti də audit edilir - Nadir Adilov

Mediasiya Şurasının 2023-cü il fəaliyyəti də audit edilir - Nadir Adilov
2023-12-22 , 20:13

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun sözlərinə görə, Mediasiya Şurasının İdarə Heyətinin təşəbbüsü ilə Şuranın növbəti və 2023-cü il dövrü də auditə edilməyə başlanılıb.

 
O qeyd edib ki, bu audit də daha öncədən bu işin həvalə edildiyi "ABAK-Az Crowe Ltd" Audit şirkəti tərəfindən kompleks şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, “İdarə Heyətindəki müzakirələrimiz və eyni zamanda Mediasiya Şurasının Daxili Audit Komitəsinin də mövqeyinin üst - üstə düşməsi bizi sevindirir.
 
N. Adilov qeyd edib ki, bildiyiniz kimi Mediasiya Şurasında Daxili Audit Komitəsi fəaliyyət göstərir və qeyd edilən komitə Şura da daxil olmaqla, bütün mediasiya təşkilatları və mediatorların fəaliyyətlərini İdarə Heyətinin qərarı əsasında daxili audit etmək səlahiyyətindədir. Amma biz eyni zamanda, Mediasiya Şurasının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə kənar və nüfuzlu auditorların və nüfuzlu audit şirkətinin iştirakı ilə audit etməyə də qərar verdik.
 
N.Adilov qeyd edib ki, mediasiya proseslərinin məxfiliyini qorumaq şərti ilə, mediasiya islahatları geniş ictimai mahiyyət daşıdığından bu sahə cəmiyyət üçün açıq və şəffaf olmalıdır. “Eyni zamanda, mediasiya islahatları sahəsində ictimai nəzarətin mediasiya proseslərinin məxfiliyi qorunmaq şərti ilə təmin olunması əsas məqsədlərimizdən biridir.”
 
Nadir Adilov eyni zamanda Mediasiya Təşkilatlarının ictimai maraqlara xidmət edən təşkilatlar olduğunu qeyd edərək, mediasiya proseslərinin məxfiliyinin qorunması şərti ilə bütün mediasiya təşkilatlarının də cəmiyyətə açıq və şəffaf olmalı olduğunu qeyd edib. O qeyd edib ki, mediasiya təşkilatlarının fəaliyyəti üzərində hər zaman ciddi nəzarət tədbirləri həyata keçirilib və bu tədbirlər bundan sonra da həyata keçiriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.