Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda yeni universitet binası tikilir

Azərbaycanda yeni universitet binası tikilir

Azərbaycanda yeni universitet binası tikilir
2024-02-05 , 16:45

Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binasının tikintisinə başlanılıb.


Yenilik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Lənkəran şəhər, H.Aslanov, 50 ünvanında yerləşən ali məktəbin yeni inzibati binası inşa olunacaq.

Tikintisi planlaşdırılan yeni bina ikimərtəbəli olacaq.

Qeyd edək ki, LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib. Hazırda universitetdə 5 000-ə yaxın tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.