Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanla Türkiyə Rusiyaya 13,3 milyon yumurta göndərib

Azərbaycanla Türkiyə Rusiyaya 13,3 milyon yumurta göndərib

Azərbaycanla Türkiyə Rusiyaya 13,3 milyon yumurta göndərib
2024-02-05 , 16:52

Azərbaycan və Türkiyə bu günə qədər Rusiyaya 13,3 milyon yumurta ixrac edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) yayıb. 
“Fevralın 1-dən 4-nə qədər “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan 1,5 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurtanın növbəti partiyası idxal edilib”, - deyə məlumatda qeyd olunub. 
Qeyd edək ki, ötən ilin sonu Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracına başlanılıb. Belə ki, dekabrın 20-si yayılan məlumata görə, Rusiyaya “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.
Xatırladaq ki, Rusiya ölkədə yumurtanın qiymətinin kəskin artması fonunda 2024-cü ilin ilk yarımilliyində idxal rüsumunu ləğv edib. İlkin ehtimallara görə, bu 1,2 milyard yumurta idxal etməyə imkan verəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.