Sahibkar və mühasiblər üçün vacib yenilik - Bu tətbiq işlərinizi asanlaşdıracaq-Video

"Mobil mühasib” MMC "mobilmuhasib” tədbiqini təqdim edib.Tədbiq vasitəsilə vergi ödəyicilərinə onlayn mühasibatlıq xidmətinin göstərilməsi mümkündür.
Tətbiq Sahibkarlara nə kimi asanlıqlar yaradacaq?
Tətbiqin ən böyük üstünlüyü sahibkarın uçotuna dair bir çox xidmətlər və sənədlərin ona bir klik qədər yaxın olmasıdır. Yəni ona lazım olan xidmət üçün sorğunu, onu maraqlandıran hər hansı sualı, mühasib onun zəngini açan zaman deyil elə tətbiq üzərindən rahatlıqla istədiyi zaman ünvanlayacaq. Müraciətin icra vəziyyəti və nəticəsi ilə bağlı bildirişlər alacaq. Və uçotunu belə bir peşakər komandaya həvalə etdiyi üçün rahatlıqla Biznesinin inkişafına vaxt ayıra biləcək.
Tətbiq kimlər üçün nəzərdə tutulub?
Əslində tətbiq elə ilk versiyası ilə bütün vergi ödəyiciləri hətta vergi ödəyicisi olmayan şəxslər üçün istifadə oluna biləcək bir tətbiqdir. Sadəcə ilk versiyada daha çox funksionallıq sadələşdirilmiş vergi ödəyiciləri nəzərə alınaraq əlavə olunub. Ancaq növbəti versiyalarda artıq digər vergi ödəyicilərinin tələbləri nəzərə alınaraq yeni funksionallıqlar əlavə olunacaq. Ümumiyyətlə, tətbiqimiz həm müasir texnologiyaların tələblərini, həm də sahibkarların ehtiyaclarını nəzərə alaraq daim yenilənib inkişaf edəcək.
Tətbiqi İOS və Android sistemli bütün mobil cihazlar vasitəsilə "mobilmuhasib” adı ilə yükləmək mümkündür.
Ünvan: Ələsgər Qayıbov küçəsi 10Q "STN Plaza
email: [email protected]
instagram: @mobilmuhasib.az
Əlaqə telefonu:
012-310-52-72
010-256-73-70
OXŞAR XƏBƏRLƏR