Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkillər Penitensiar müəssisələrdə növbəti pulsuz hüquqi yardım göstərdi - FOTO

Vəkillər Penitensiar müəssisələrdə növbəti pulsuz hüquqi yardım göstərdi - FOTO

Vəkillər Penitensiar müəssisələrdə növbəti pulsuz hüquqi yardım göstərdi - FOTO
2025-06-21 , 16:41

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Belə ki, iyunun 20-də Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində saxlanılan şəxslərə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən hüquqi yardım göstərilib.
Ümumilikdə 50-yə yaxın məhkuma müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.