Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Süni intellektin məhkəmə prosesində hakim kimi rol alması mümkündürmü? - VİDEO

Süni intellektin məhkəmə prosesində hakim kimi rol alması mümkündürmü? - VİDEO

Süni intellektin məhkəmə prosesində hakim kimi rol alması mümkündürmü? - VİDEO
2025-07-30 , 12:00

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı izləyicilərin ixtiyarına verilib.

Bu dəfə layihənin qonağı Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vüsal Cəfərov olub.
Qısa, dinamik və maarifləndirici formatı ilə seçilən layihədə qonağa hüquq sahəsi ilə bağlı aktual məsələlərdən tutmuş şəxsi fikirlərinə qədər müxtəlif mövzuları əhatə edən 7 əsas sual ünvanlanır. Hər suala 1 dəqiqəlik cavab limiti verilişin ritmini qorumaqla yanaşı, onun həm informativ, həm də izləyici üçün rahat izlənilən olmasına şərait yaradır.
Buraxılışda vəkil Vüsal Cəfərov hüquqi fəaliyyəti dövründə qarşılaşdığı maraqlı hadisələrdən, vəkil peşəsinin çətinlik və məsuliyyətlərindən bəhs edib.
Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi təkcə peşəkar hüquqşünasların təcrübəsini izləyicilərə çatdırmaqla kifayətlənmir, eyni zamanda hüquqi maarifləndirmə missiyası daşıyaraq cəmiyyətin hüquqi mədəniyyətinin inkişafına töhfə verməyi hədəfləyir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.