Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Gültəkin Hacıbəylinin şok görüntüsü yayıldı

Gültəkin Hacıbəylinin şok görüntüsü yayıldı

Gültəkin Hacıbəylinin şok görüntüsü yayıldı
2025-11-30 , 17:18

Türkiyədə saxlanılan keçmiş deputat Gültəkin Hacıbəylinin kimliyi maraq doğurur.

Gültəkin Yunis qızı Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakıda anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunudur. Bir müddət BDU-nun Beynəlxalq Hüquq kafedrasında müəllim kimi fəaliyyət göstərib.

1990–cı illərdə müxtəlif dövlət qurumlarında hüquq sahəsində çalışıb. Daha sonra uzun müddət Azərbaycan Respublikası Prezidenti Administrasiyasında və digər rəsmi strukturlarda məsləhətçi və ekspert kimi fəaliyyət göstərib. 2010–2015-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. Parlamentdə İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, habelə Beynəlxalq münasibətlər ilə bağlı komitələrin işində iştirak edib.

Gültəkin Hacıbəyli  Mahmud Mehdiyevlə evli  olub.Sonradan onlar arasında ciddi problemlər olduğu üçün ərindən ayrılıb.Bir oğlu var. 
Filologiya elmləri namizədidir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.