Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Milli Məclisin sədri Böyük Britaniyaya işgüzar səfərə gedib

Milli Məclisin sədri Böyük Britaniyaya işgüzar səfərə gedib

Milli Məclisin sədri Böyük Britaniyaya işgüzar səfərə gedib
2023-05-04 , 20:55

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə mayın 4-də bu ölkəyə işgüzar səfərə gedib.

Yenilik.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb.
Bildirilib ki, Londonun “Luton” beynəlxalq hava limanında Azərbaycan parlamentinin rəhbərini Kralın nümayəndəsi Ruth Bell, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin təmsilçisi Nik Karter, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.