Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib

Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib

Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib
2023-05-15 , 14:36

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib.

Dövlət başçısı bu barədə mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən deyib.
Prezident İlham Əliyev bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib.
Dövlət başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırlayıb, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edib, bu cür meyilləri qınadığını dedi və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırıb.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.