İlham Əliyev Zəngəzur dəhlizindən DANIŞDI

Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi coğrafi məkanda yerləşir.
Dövlət başçısı deyib ki, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısıdır.
“Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir”, - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət limanına malikdir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib:
“Zəngəzur dəhlizi təkcə Azərbaycanı Naxçıvanla Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.