Uşağı xilas edərkən boğulan polis təltif edildi

Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.
OXŞAR XƏBƏRLƏR