Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Bu nazirliyə yeni səlahiyyət verildi

Bu nazirliyə yeni səlahiyyət verildi

Bu nazirliyə yeni səlahiyyət verildi
2023-11-13 , 14:24

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Poçt haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə universal poçt rabitəsi xidmətlərinin tariflərini müəyyənləşdirmək səlahiyyəti verilib.
Beləliklə, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi universal poçt rabitəsi xidmətlərinin tariflərini müəyyənləşdirəcək.
Bundan əvvəl bu sahədə səlahiyyət Tarif (qiymət) Şurasında olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.