Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
2023-11-30 , 14:50

Prezident İlham Əliyev Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 
Yenilik.az xəbər verir ki, on səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə 5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.