Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Kəlbəcər yolunun yenidən qurulmasına 17 milyon ayrıldı - Sərəncam  

Kəlbəcər yolunun yenidən qurulmasına 17 milyon ayrıldı - Sərəncam
 

Kəlbəcər yolunun yenidən qurulmasına 17 milyon ayrıldı - Sərəncam
 
2023-12-04 , 16:45

Prezident İlham Əliyev Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Yenilik.az xəbər verir ki, Sərəncama əsasən, səksən kilometr uzunluğu olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17,0 (on yeddi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.