Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident Məhərrəm Əliyevi səfir təyin etdi

Prezident Məhərrəm Əliyevi səfir təyin etdi

Prezident Məhərrəm Əliyevi səfir təyin etdi
2023-12-09 , 14:43

Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Eyni zamanda general-polkovnik hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.