Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyəti təmin ediləcək - FƏRMAN

Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyəti təmin ediləcək - FƏRMAN

Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyəti təmin ediləcək - FƏRMAN
2023-12-27 , 16:57

Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyəti təmin ediləcək.

 
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanında əksini tapıb.
Fərmanla Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının 2-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”na uyğun olaraq təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.