Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib

Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib

Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib
2024-05-24 , 11:00

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Yenilik.az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident rəsmi sosial şəbəkəsində paylaşım edib.
"İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!", - paylaşımda bildirilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.