Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyevdən FƏRMAN

İlham Əliyevdən FƏRMAN

İlham Əliyevdən FƏRMAN
2024-06-24 , 16:30

Azərbaycan Prezidenti İlham Əliyev "Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər" və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” 17 aprel 2001-ci il tarixli fərmanını ləğv edib.

 
Fərmanla Nazirlər Kabinetinə qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və müəyyən edilməsi ilə bağlı 3 ay vaxt verilib.
 
Həmiçinin Nazirlər Kabineti ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını 4 ay müddətində təmin etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.