Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır
2024-10-04 , 14:35

Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır.

 
Yenilik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə deyib.
 
“Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.
 
Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.