Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Saleh Məmmədovun müavinlərinin sayı artırıldı

Saleh Məmmədovun müavinlərinin sayı artırıldı

Saleh Məmmədovun müavinlərinin sayı artırıldı
2025-02-04 , 18:54

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli Fərmanlarında dəyişiklik edib.

Yenilik.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.
Qeyd edək ki, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.