Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev bu əsasnamədə dəyişiklik etdi

İlham Əliyev bu əsasnamədə dəyişiklik etdi

İlham Əliyev bu əsasnamədə dəyişiklik etdi
2025-02-17 , 14:30

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişir.

Yenilik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, komissiyalar “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlanacaq.
Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanında yaradılan katibliyin həyata keçirdiyi vəzifələr də müəyyənləşir. Layihədə yerli komissiyaların fəaliyyət istiqamətlərinə dair müddəalar mövcud münasibətlər sisteminin dəyişim dinamikasını nəzərə alaraq təkmilləşdirilir, hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirləri və fərdi profilaktik işin daha təkmil formada qurulması üçün yaradılan mexanizmlərin sayı artırılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.