Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycan Avropanın 10 ölkəsini qazla təchiz edir – İlham Əliyev

Azərbaycan Avropanın 10 ölkəsini qazla təchiz edir – İlham Əliyev

Azərbaycan Avropanın 10 ölkəsini qazla təchiz edir – İlham Əliyev
2025-04-25 , 16:36

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır.

Bunu Prezident İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbulu zamanı deyib.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.