Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Birgə Bəyannamə imzalanacaq - Şahid Trampdır

Birgə Bəyannamə imzalanacaq - Şahid Trampdır

Birgə Bəyannamə imzalanacaq - Şahid Trampdır
2025-08-08 , 10:15

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması gözlənilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu Bəyannamədə ATƏT-in Minsk Qrupunun ləğvi də öz əksini tapacaq.
Belə ki, sənədə əsasən, hər iki ölkə sözügedən qurumun ləğvi üçün ATƏT-in Baş Katibinə birgə müraciət edəcək.
Birgə Bəyannaməyə əsasən, Azərbaycan və Ermənistan arasında sülh sazişi də paraflanacaq. Bununla da İrəvan Azərbaycanın digər ikinci şərtini – Ermənistan Konstitusiyasına dəyişikliyinin zəruriliyini qəbul edir.
Sənəddəki ən vacib məsələrdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Belə ki, Birgə Bəyannaməyə əsasən, Azərbaycanın əsas ərazisi olan Naxçıvanla quru yolla maneəsiz keçidin təmin edilməsi təsdiqlənəcək.
Qeyd edək ki, sözügedən sənədin ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanması gözlənilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.